Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilir.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, TASS-ın baş direktorunun keçmiş birinci müavini Mixail Qusman da mərasimdə iştirak edir.
O, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev və sabiq XİN rəhbəri Elmar Məmmədyarovun arasında əyləşib.
Xatırladaq ki, o, bir müddət əvvəl TASS-da tutduğu vəzifəsindən azad edilmişdi. Bunun Qusmanın Xankəndidə keçirilən forumdan sonra baş verməsi ciddi müzakirələrə səbəb olmuşdu.
"Cebheinfo.az"