EN

Əli Əsədov üç qərar imzaladı

  Nazirlər Kabineti “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması

qaydaları”nı təsdiq edib.

Referans xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna uyğun hazırlanıb,

Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda formalaşdırılan dövlət informasiya ehtiyatları, sistemləri və

elektron xidmətlərin vahid reyestrinin (bundan sonra – vahid reyestr) aparılması ilə əlaqədar hüquqi və təşkilati məsələləri

tənzimləyir.

Qaydalar əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik

informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.

Qaydalar mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin, habelə onların təhlükəsizliyini təmin edən qurumların

informasiya infrastrukturlarına şamil olunmur.

Qaydalarda istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun, ölkə

Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin

formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş

mənaları ifadə edir.

Bu qaydaların qüvvəyə minməsi ilə hökumətin “Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında

Əsasnamə”nin təsdiq edilməsi barədə” 17 may 2010-cu il tarixli və “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan

Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər

göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 24 noyabr 2011-ci il tarixli

qərarları ləğv edilib.


Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına dəyişiklik edilib.

Referans  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, “Ezamiyyə xərclərinin birgünlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”na

Baş prokurorun müavinləri də əlavə edilib.

Nazirlər Kabineti “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) strukturuna daxil olmayan tabeliyindəki qurumların

siyahısı”nı təsdiq edib.

Referans xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, siyahıya Regional Su Meliorasiya Xidməti, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, Su və Meliorasiya Elmi

Tədqiqat İnstitutu, Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu,

Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyindəki qurumlar – “Sedam” MMM və

Mərkəzi laboratoriya daxil edilib

Chosen
9
1
referans.az

2Sources