Aparıcı Afaq Gəncəli mərhum oğlu Qədirxanla bağlı sosial media hesabında paylaşım edib.
Publika.az xəbər verir ki, o, övladının ad günü olduğunu bildirib.
Afaq oğlunun şəklini paylaşaraq uzaqda yox, başqa bir yerdə olduğunu bildirib:
“Mələyim, yaxşı ki, doğuldun, var oldun. Sənin gülüşün hələ də qulağımdadır. Sənin adın hər gecə dualarımdadır, Qədir balam. Uzaqda deyilsən, başqa bir yerdəsən. Qəlbimdə, ruhumda, nəfəsimdəsən. Ad günün mübarək, oğlum”.