EN

Millinin eks baş məşqçisinin oğlu “Turan”a “hə” dedi - SON DƏQİQƏ

Millinin yarımmüdafiəçisi Coşqun Diniyev karyerasını “Turan Tovuz”da davam etdirməyə çox yaxındır.

Bu barədə qərb klubundan redaksiyamıza məlumat verilib.

Bildirilib ki, 29 yaşlı orta sahə oyunçusu onlar tərəfindən göndərilən müqavilə şərtlərinə şifahi razılıq verib. Diniyev fikrindən daşınmasa, onunla 2 illik kontrakt bağlanacaq.

Yeri gəlmişkən, «Sabah» da 2019-2021-ci illərdə xidmətindən yararlandığı keçmiş futbolçusunu geri qaytarmağa həvəs göstərir.

Həmçinin «Neftçi» onun şərtlərini gözdən keçirir.

Yığmanın sabiq baş məşqçisi Şahin Diniyevin kiçik oğlu 2023-cü ilin yayından etibarən Türkiyədə legioner həyatı yaşayır.

O, bu müddətdə 3 komanda dəyişib: «Ümraniyespor» və «Bandırmaspor»un şərəfini qoruyub.

Cari ilin əvvəlində ilyarımlıq müqavilə imzaladığı «Corum»dan isə bugünlərdə ayrılıb və hazırda azad agent statusu daşıyır.

"Turan Tovuz" son 2 ayda 5 yeni oyunçu ilə güclənib.

David Oliveyra Tavareş (son klubu "Buzau", Rumıniya), Abdulla Rzayev ("Sabah"dan icarəyə götürülüb), Roberto Olabe ("İbiza", İspaniya), Oleq Baklov (son klubu “UFA”, Rusiya) və Filip Ozobiç (son klubu "Neftçi") ilə müqavilə imzalanıb.

SPORTİNFO.AZ

Chosen
7
1
sportinfo.az

2Sources