EN

5 ildən sonra özünüzü harada görürsünüz? sualına necə cavab verək?

Banco.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

İş müsahibələrdində ən çox verilən suallardan biri də "5 ildən sonra özünüzü harada görürsünüz?" sualıdır. Deyə bilərik ki, bu sual artıq ənənəvi suala çevrilib. Lakin bu sualın cavabı düşündüyünüz qədər sadə deyil. Cavabınız karyera seçimlərinizin, prioritetlərinizin və həyata ümumi baxışınızın bəzi fundamental aspektlərini ortaya qoyur. Təbii ki, "5 ildən sonra özünüzü harada görürsünüz?" sualına verdiyiniz cavablar sizdən soruşan insanın sizin haqqınızda necə düşündüyünə əhəmiyyətli dərəcədə təsir edir. Bəs bu sadə suala necə cavab verməlisiniz?

Cavab verməzdən əvvəl sualı kimin verdiyini düşünməlisiniz. Çünki fərqli insanlar eyni sualı verir, sizdən fərqli cavablar almağa ümid edir və sizin haqqınızda fərqli şeylər öyrənməyə çalışırlar. Bu suala cavabınız karyera məqsədlərinizi ortaya qoya bilər.

Bu sualla həqiqətən sizdən almaq istədikləri cavab şirkətdə karyeranızı yüksəltmək istəyinizin olub-olmamadığı, niyə orada işləmək istədiyiniz və özünüzü müvafiq şirkətin bir hissəsi kimi görüb-görmədiyinizdir.

Təbii ki, bütün bu mövzular üzrə cavablarınız və düşüncələriniz işə qəbul olub-olmamağınızı şərtləndirən əsas amillərdəndir. Nəticə etibarilə, beş ildən sonra özünü harada gördüyünü soruşmaq o qədər vacib bir sualdır ki, bəzi hallarda bütün həyatınızı dəyişə bilər.

Həqiqətən inanır və bunu istəyirsinizsə, 5 ildən sonra özünü şirkət daxilində daha önəmli bir vəzifədə görmək istədiyinizi ifadə edə bilərsiniz.

Bundan əlavə, növbəti beş il ərzində şirkətə müxtəlif sahələrdə töhfə vermək məqsədinizin olduğunu qeyd etmək pis seçim deyil. Lakin ekspertlər deyirlər ki, bu suala qarşı tərəfi inandıracaq şəkildə cavab vermək göründüyü qədər asan deyil.

Müsahibəyə cəlbedici cavablar vermək üçün müraciət etdiyiniz şirkət haqqında ətraflı məlumatınız olmalıdır. Yalnız bu ətraflı məlumatı mənimsəməklə siz onları beş ildən sonra hələ də şirkətin bir hissəsi olmaq istədiyinizə inandıra bilərsiniz.

Bu suala konkret cavabınız yoxdursa, müvafiq sahədə özünüzü təkmilləşdirmək istədiyinizi və öz sahənizdə mütəxəssis olmağı hədəflədiyinizi söyləyə bilərsiniz. Mütəxəssislərin fikrincə, bu cavab bu sualla qarşılaşdığınız zaman sizə təhlükəsiz bir sığınacaq verəcək. Bundan əlavə, özünüzü təkmilləşdirmək üçün müxtəlif sahələrdə təhsil almağı planlaşdırdığınızı və əldə etdiyiniz bacarıqları öz peşəkar sahənizdə tətbiq etməyi hədəflədiyinizi ifadə etmək müsahibə masasından üstünlüklə ayrılmağınıza kömək edə bilər.

Mütəxəssislərin fikrincə, “5 ildən sonra özünüzü harada görürsünüz?” sualına uzun cavab lazım deyil. Sizə lazım olan suala aydın, yığcam və konkret faktlara əsaslanaraq cavab verməkdir.

Həyat gözləntilərinizi aydın şəkildə müəyyənləşdirmək və onlara nail olmaq üçün addımlar atmaq həmişə asan olmur. Buna görə də, başqalarından eşitməzdən əvvəl özünüzə bu sualı vermək həyatda prioritetlərinizi və gözləntilərinizi müəyyənləşdirməyə kömək edə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
1
banco.az

2Sources