Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Əli Əhmədov Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası, Bakı Fond Birjası, Milli Depozit Mərkəzi və investisiya şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində 2025-ci ilin ilk yarısı üzrə kapital bazarlarında əldə olunan nəticələr, investisiya şirkətlərinin fəaliyyəti və mövcud çağırışlar ətraflı müzakirə olunub.
Görüşdə, həmçinin qarşıdakı dövr üçün kapital bazarları üzrə əsas strateji prioritetlər və sektorun dayanıqlılığının artırılmasına yönəldilmiş təşəbbüslər barədə geniş fikir mübadiləsi aparılıb.