EN

Qəzzada aclıqdan ölənlərin sayı 180-ə çatdı

İsrailin mühasirəyə aldığı Qəzza zolağında son 24 saatda daha 5 dinc sakin aclıqdan ölüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, aclıq və qida çatışmazlığından ölümlərin ümumi sayı 180-ə çatıb.

İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Fələstinin mülki əhalisinə qarşı hərbi əməliyyatlar apardığı Qəzza zolağında itkilər hər gün daha da artır. İsrailin blokadaya aldığı və humanitar yardımın axınına məhdudiyyət qoyduğu bölgədə aclıq silah kimi istifadə olunur.

Fələstin Səhiyyə Nazirliyi, son 24 saatda daha 5 nəfərin aclıq və qida çatışmazlığından dünyasını dəyişdiyini bildirərək, bu səbəbdən ölümlərin sayının 180-ə yüksəldiyini açıqlayıb. Ölümlərin 93-nün uşaq olduğu da qeyd edilib.

Chosen
8
manset.az

1Sources