Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin yeni komandası bu həftə bəlli olacaq.
Bu barədə yarımmüdafiəçinin atası Şahin Diniyev məlumat verib.
Mütəxəssis futbolçunun bir neçə klubla danışıqlar apardığını söyləyib:
"Hazırda danışıqlar davam edir. Təxminən 4-5 variant var ki, Coşqun həmin komandalardan biri ilə müqavilə bağlayacaq. Bu işlə meneceri məşğuldur. Türkiyə klubu olub-olmayacağını deyə bilmərəm".
Qeyd edək ki, C.Diniyev ötən mövsümü Türkiyə I Liqa təmsilçisi "Çorum"un heyətində keçirib və daha sonra komandadan ayrılıb.
"Cebheinfo.az"