EN

''Fənərbaxça'' ''Qalatasaray''ın sabiq ulduzunun transferini bitirmək üzrədi!

Vinger axtarışında olan ''Fənərbaxça'' ilin ən hay-küylü transferini reallaşdırmağa yaxındı.

Belə ki, İstanbul nəhəngi ''Benfika'' və Türkiyə yığmasının ulduzu Kərəm Aktürkoğlu ilə anlaşıb. Transferi hay-küylü edən məqam odu ki, Kərəm bir il öncə ''Benfika''ya ''Qalatasaray''dan gəlib və dəfələrlə bu kluba bağlılığını dilə gətirib.

Əslində Çempionlar Liqasında oynamağa hazırlaşan ''Benfika'' bu futbolçunu əldən buraxmaq istəmir. Çünki klubun digər vingeri Bruma zədələnib. Üstəlik ''Feyenoord''dan Anis Hac Mussanı da transfer etmək mümkün olmayıb. Ancaq Kərəm ''Fənərbaxça''nın illik 4,5 milyon avro maaş təklifini qəbul etdiyindən ''Benfika'' da istanbullularla danışıqlar aparmağa məcbur olub. Elə baş məşqçi Joze Mourinyo da birmənalı şəkildə bu transferin baş tutmasını tələb edib.

Prezident Əli Koçun göstərişi ilə klub rəsmisi Hakan Safi özəl təyyarə ilə danışıqlar üçün Lissabona yola düşüb. Maddi detallar hələlik bəlli olmasa da, ''Fənər''in Kərəmi ilk mövsümdə icarəyə götürmək istədiyi məlum olub. Gələn yay isə ''sarı-lacivərdlilər'' 25 milyon avro ödəyərək onu daimi əsasda transfer etmək niyyətindədilər.Ancaq ''Benfika'' məsələnin elə bu yay 25 milyon avroya bitməsini istəyir.

Maraqlıdı ki, ''Fənər''in ödəyəcəyi məbləğin 10 faizi ''Qalatasaray''a çatacaq. Çünki ''Benfika'' ilə ''Qalatasaray'' arasındakı anlaşmada 10 faizlik pay maddəsi mövcuddu.

Kərəm ötən mövsüm lissabonluların heyətində 46 rəsmi oyunda 16 qol, 12 məhsuldar ötürməlik performans sərgiləyib.

Xatırladaq bir neçə həftə öncə ''Benfika'' Türkiyə yığmasının digər üzvü Orkun Kökçü ilə də vidalaşmışdı. Bu futbolçu ''Beşiktaş''a transfer olunmuşdu.

Chosen
3
1
football-plus.az

2Sources