EN

Trampın vasitəçiliyi ilə Əliyev və Paşinyanın Vaşinqtonda görüşəcəyi gözlənilir

ABŞ Prezidenti Donald Trampın cümə günü Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edəcəyi gözlənilir. Bu barədə azərbaycanlı jurnalist Alex Raufoğlu öz "X" hesabında yazıb. 

Tərəflərin martda yekun mətni razılaşdırılmış sülh sazişi üzrə razılığın əldə olunduğunu elan etməyə yaxın olduqları bildirilir.

ABŞ Prezidenti Tramp iyulun 14-də verdiyi açıqlamada iki ölkə arasında sülh danışıqlarının “uğurlu nəticəyə doğru irəlilədiyini” bəyan edib.

İyulda Əbu-Dabidə keçirilmiş danışıqlarda sərhədlərin dəqiqləşdirilməsi, Zəngəzur dəhlizi də daxil olmaqla nəqliyyat kommunikasiyalarının açılması və sazişin həyata keçirilmə mexanizmləri üzrə müzakirələrin aparıldığı bildirilir.

Gülnar 

 

Chosen
4
1
anews.az

2Sources