EN

Qonşu ölkənin əhalisinə xərçəng əleyhinə peyvənd vurulacaq

  "Rusiya xərçəng əleyhinə yerli peyvəndi yaxın aylarda eksperimental rejimdə tətbiq etməyə başlayacaq".

Referans bildirir ki, bunu "RİA Novosti"yə Qamaleya adına Epidemiologiya və Mikrobiologiya üzrə Milli Tədqiqat Mərkəzinin

direktoru Aleksandr Qintsburq deyib.

Onun sözlərinə görə, preparat melanoma xəstələri üçün hazırlanıb. Plan Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilib. O, daha əvvəl

bildirmişdi ki, vaksin təkcə ilkin melanoma xəstələri üçün deyil, həm də artıq müəyyən müalicə mərhələlərindən keçmiş xəstələr

üçün istifadə olunacaq.

Qintsburq deyib ki, digər ölkələr də yeni vaksinlə maraqlanır. Artıq 10 ölkə preparatla bağlı müraciət edib.

Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprinin sözlərinə görə, bir xəstə üçün xərçəngə qarşı mRNT vaksinin yaradılması

təxminən 300 min rubla (təqribən 6 400 manat - red.) başa gələcək. Xəstələr onu pulsuz əldə etməli, bütün xərcləri isə dövlət

ödəməlidir./Bakupost.az

Chosen
24
6
referans.az

7Sources