EN

Azərbaycanda son 4 mövsümdə stadionlara 900 mindən çox azarkeş gəlib

Azərbaycan Premyer Liqasında son dörd mövsümün azarkeş sayı açıqlanıb.

İdman.biz PFL-in hesabatına istinadən xəbər verir ki, bu müddət ərzində oyunları stadionlardan 902 994 tamaşaçı izləyib.

2021/2022 mövsümünün 112 oyununda 89 010 azarkeş arenalara gəlib. Növbəti mövsümdə bu rəqəm 261 564-ə çatıb. 2023/2024 mövsümündə 276 487, 2024/2025 mövsümündə isə 275 933 taşamaçı stadiona gəlib.

Qeyd edək ki, son üç mövsümdə 180 oyun baş tutub.

İdman.biz

Chosen
23
1
idman.biz

2Sources