EN

Rəqqasə Renka blogerləri ələ saldı - VİDEO

Rəqqasə Rəna Ağamuradova (Renka) son günlər sosial şəbəkələrdə blogerliyə meyillənənlərin artmasını ironiya ilə qarşılayıb.
BUTA.TV xəbər verir ki, sənətçi bu barədə paylaşdığı videoda sərt ifadələr işlədib. Renka bildirib ki, hazırda hər kəs blogerliyə meyllənib və bu, artıq bayağı bir hala çevrilib: “Maraqlıdır, blogerlikdən başqa sənət var? Bu aralar hamı bloger olub: "food", "fashion", "dağa-daşa dırmaşan bloger", dənizə gedən çəkir... Maraqlı nəsə edin də... Biz də baxanda maraqlı nəsə olsun. Mən də bloger olacağam!”.

Rəqqasənin bu sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çoxları onun fikirlərini dəstəkləyib, bəziləri isə əks reaksiya verib.

Chosen
1
1
buta.tv

2Sources