EN

Naxçıvanda 279,2 milyon manatlıq enerji şirkəti yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Naxçıvan Enerji" MMC-ni dövlət qeydiyyatına alıb.

FED.az xəbər verir ki, cəmiyyət təşkilati-hüquqi formasında fəaliyyət göstərir. Şirkətin hüquqi ünvanı AZ7000, Naxçıvan şəhəri, Z.Əliyeva küçəsi, ev 1/12-də yerləşir. Cəmiyyətin qanuni təmsilçisi vəzifəsini Məhərrəm Abbasov Hüseyn oğlu icra edir. Vergi orqanlarının məlumatına görə, şirkətin statusu "Aktiv" olaraq qeyd olunub.

Diqqət çəkən əsas məqamlardan biri şirkətin nizamnamə kapitalının həcmidir. "Naxçıvan Enerji" MMC 279,226,900 AZN (iki yüz yetmiş doqquz milyon iki yüz iyirmi altı min doqquz yüz manat) nizamnamə kapitalı ilə təsis olunub.

Chosen
11
fed.az

1Sources