EN

Polis Ağcabədidə silsilə oğurluq əməlləri törədən şəxsi saxlayıb

Ağcabədi Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən evlərdən oğurluqlar edilməsi barədə məlumatlar daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elsevər Rüstəmov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalarla onun cari il ərzində müxtəlif evlərdən nəğd pul və məişət əşyaları oğurlamaqla zərərçəkmişlərə 25 000 manat dəyərində ziyan vurduğu müəyyən edilib.

Operativ media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat verib. 

Bildirilib ki, E.Məmmədovun yaşadığı ünvandan bir sıra maddi sübut aşkarlanaraq götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Rüstəmov həbs edilib. İstintaq davam etdirilir.

Chosen
19
36
operativmedia.az

10Sources