EN

Cəlilabadın 12 kəndində işıq olmayacaq

Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində avqustun 4-də 35 kV-luq "Göytəpə" hava xəttində təmir işləri aparılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" “Azərişıq” ASC-yə istinadla xəbər verir ki, bununla əlaqədar olaraq saat 10:00-dan 11:30-dək rayonun Göytəpə şəhəri, Ağdaş, Axtaxana, Bəciravan, Darılıq, Fətullaqışlaq, Həziabad, Kazımabad, Maşlıq, Muğan, Privolnoye, Soyuqbulaq, Şıxlar kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Chosen
24
40
operativmm.az

10Sources