EN

Yunan general Türkiyənin 4 bölgəsini göstərdi: Sürpriz hücum qaçılmazdır

Türkiyə Silahlı Qüvvələrinin Egey və Şərqi Aralıq dənizində son vaxtlar həyata keçirdiyi geniş struktur dəyişikliyi Yunanıstan və Cənubi Kiprdə ciddi narahatlıq yaradıb. Yunanıstan bu prosesi birbaşa təhdid kimi qiymətləndirib.

Publika.az xəbər verir ki, Yunanıstanın “Pentapostagma” qəzeti istefada olan general-leytenant Lazaros Kambouridisin məsələ ilə bağlı təhlilini dərc edib.

Onun sözlərinə görə, Türkiyə Egey və Şərqi Aralıq dənizində balansı öz xeyrinə dəyişmək üçün hərtərəfli hazırlıq görür. Bildirilib ki, bu hazırlıqlar “sürpriz hücum” qorxusunu artırıb.

Kambouridisin təhlilində Türkiyənin son bir ildə atdığı strateji addımlar ətraflı şəkildə araşdırılıb. Bu çərçivədə Çanaqqalada yeni Türk Silahlı Qüvvələri Amfibiya Ordu Komandanlığının yaradılması, Gökçeada və İskenderunda dəniz piyada briqadalarının formalaşdırılması, Dalaman hava bazasının əsas baza statusuna yüksəldilməsi və yeni xüsusi təyinatlı briqadaların komandanlığı üçün Hatay briqadalarının yenilənməsi qeyd edilib.

Təhlildə vurğulanıb ki, bütün bunlar Egey adalarına və Kiprə yönəlmiş hazırlıq hərəkətləri təşkil edir. General-leytenantın sözlərinə görə, Didimdə qurulacaq BİA Komandanlığı birbaşa Yunan adalarına qarşı mövqe tutan strateji güc mərkəzi olacaq. Təkcə bu detal Yunan mediasında çaxnaşmaya səbəb olub.

Kambouridis həmçinin Türkiyə Hərbi Dəniz Qüvvələrinin eyni vaxtda 31 döyüş gəmisi inşa etdiyini bildirərək, bunu müharibə hazırlığı kimi xarakterizə edib.

Chosen
109
publika.az

1Sources