EN

"Real"ın ulduzu Premyer Liqa nəhənginin hədəfində

"Real"ın hücumçusu Rodriqo karyerasını "Tottenhem"də davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

London klubu futbolçunun Madrid təmsilçisindəki durumunu yaxından izləyir. Üstəlik, ingilislər "Real"dan ilkin danışıqlara başlamağı xahiş ediblər.

Qeyd olunur ki, yüksək qiymət "Tottenhem" üçün problem olmayacaq. Komandanın lideri Son Hın Minin ayrılması ilə maaş büdcəsi yüngülləşəcək. Koreyalı hücumçu mövsümdə 11 milyon avro ilə klubun ən çox qazanan futbolçusu idi və Rodriqo məhz onun yerinə nəzərdən keçirilir.

Xabi Alonsonun baş məşqçi postuna gəlməsindən sonra braziliyalının komandadakı mövqeyi zəifləyib. Mütəxəssis onu start heyətində görmür və üstünlüyü Kilian Mbappe ilə Vinisiusa verir.

Chosen
4
publika.az

1Sources