EN

Yəməndə miqrantları daşıyan qayıq aşdı, 68 ölü

Yəmən sahillərində içərisində miqrantların olduğu qayıq aşıb.

Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Miqrasiya Təşkilatına istinadən “Associated Press” agentliyi yayıb. 

Aden körfəzində baş verən hadisə nəticəsində Efiopiyadan olan 68 miqrant həlak olub. Ümumilikdə qayıqda 154 miqrant olub. 

Onlardan 74-ü itkin düşüb, 12 nəfər isə xilas ola bilib.

Chosen
8
1
avtosfer.az

2Sources