EN

Şimali Kuril adaları yaxınlığında 6,5 maqnitudalı zəlzələ olub

Sakit okeanda Şimali Kuril adaları yaxınlığında 6,5 maqnitudalı zəlzələ qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Saxalin filialı məlumat verib.

Zəlzələnin episentri Şimali-Kurilsk şəhərindən 232 km cənub-şərqdə yerləşib, ocağı dəniz dibindən 62 km dərinlikdə olub.

Şimali-Kurilskdə zəlzələ üç-dörd bal gücündə hiss edilib. Sunami təhlükəsi elan edilməyib.

Chosen
25
10
operativmm.az

10Sources