EN

Bu ilin II rübündə gəmilər və sahil obyektləri üzrə təhvil verilmiş tullantıların həcmi açıqlanıb

2025-ci ilin aprel-iyun aylarının nəticələrinə görə, ASCO gəmilərindən 44 m³ plastmas, 213.8 m³ qida qalığı, 287.3 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 20.7 m³ istismar tullantısı, 97.2 m³ neft qalığı-şlam, 1632.89 m³ döşəməaltı lyal su, 48528 m³ məişət təsərrüfat çirkab su texniki resurslara malik müvafiq sertifikasiyalı qurumlara təhvil verilməklə, ərazilərdən kənarlaşdırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilib ki, bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 7.58 ton yanmış qəlib qumu, 777.4 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 41895 ton məişət çirkab suyu, 771.9 ton neftli döşəməaltı-lyal su, 108.2 ton sürtgü yağı, 2234.68 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal və s), 360.64 m³ qida qalığı, 148.5 m³ polimer əsaslı və plastmas tullantı, 24.85 m³ yağlı və neftli tullantı, 81.38 m³ rezin tullantı, 132.3 m³ istismar tullantı, 0.006 m³ tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.

Qeyd edilən dövrdə ümumilikdə 0.43 ton kağız, 0.52 ton plastmas, 14.9 ton qara metal və 5.4 ton əlvan metal təkrar emala göndərilib.

Chosen
25
5
ikisahil.az

6Sources