EN

Xaçmazda meşədə yanğın olub

Xaçmaz rayonu, Qımılqışlaq kəndində meşə zolağında gecə saatlarında yanğın olub.

XəzərNews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb edilib.

FHN-nin veridiyi məlumata görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 3 ha sahədə kol-kos yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Xəbər 2 dəfə oxunub.
Chosen
72
12
xezernews.az

10Sources