EN

Çin Qərb şirkətlərinə sərt məhdudiyyətlər qoyur

AzVision.az xəbər verir ki, həmin şirkətlərdəki mənbələrə istina edən “The Wall Street Journal (WSJ)” nəşrinin yazdığına görə, söhbət güllələrdən tutmuş reaktiv qırıcılara qədər “hər şeyin istehsalı üçün lazım olan” minerallardan gedir.

Bu sahənin treyderləri müdafiə sənayesi üçün lazım olan bəzi materialların, Çinin mineral ixracına məhdudiyyətlər tətbiq etməzdən əvvəl olduğundan beş dəfə və ya daha çox qiymətə satıldığını iddia edirlər.

“Bu yaxınlarda reaktiv qırıcı mühərriklərin həddindən artıq temperaturlarına tab gətirə bilən maqnitlər hazırlamaq üçün lazım olan samarium elementi bizə standart qiymətdən 60 dəfə baha qiymətə təklif edilib”,- şirkətlərdən birinin rəhbəri deyib.

İyun ayında “The New York Times” Çinin dünyada demək olar ki, yalnız hərbi məqsədlər üçün istifadə olunan samariumu istehsal edən yeganə ölkə olduğunu yazmışdı. Bu isə, öz növbəsində, Qərb ölkələrinin, o cümlədən ABŞ-nin ordularını Pekindən asılı vəziyyətə salır.

Çinin ixrac məhdudiyyətləri artıq müdafiə sistemlərinin xərclərini artırır, müdafiə sənayesi təchizatçıları və rəhbərlərinin bəziləri daha çox mineral daxil olmadan hasilatın azaldılması barədə xəbərdarlıq edirlər.

Pentaqon isə müdafiə podratçılarından 2027-ci ilə qədər tərkibində Çin mənşəli minerallar olan nadir torpaq maqnitlərinin alınmasını dayandırmağı tələb edir. Nəticədə bəzi şirkətlər maqnit ehtiyatlarını artırıblar.

“Qərbli alıcılar bildirirlər ki, Çin nadir torpaq metallarının ixracını məhdudlaşdırdıqdan sonra materialların heç birinin hərbi məqsədlər üçün istifadə edilməyəcəyindən əmin olmaq üçün tədarükçülər qarşısında təfərrüatlı məlumat, hətta məhsul şəkilləri və hətta istehsal xətlərinin fotoşəkilləri kimi həssas məlumatlar vermək tələbini qoyur”,- qəzet vurğulayır.

Metallurqların məlumatına görə, Pekin nadir torpaq metalları və maqnitlərin son istifadəçisini açıqlamadan treyderlərə anbar lisenziyası vermir.

Xatırladaq ki, Çin aprel ayında ABŞ ilə ticarət müharibəsi fonunda nadir torpaq metallarının ixracını məhdudlaşdırıb - bir neçə raund artımdan sonra qarşılıqlı rüsumlar 100%-i keçib.

Sahil İsgəndərov
AzVision.az
Chosen
7
azvision.az

1Sources