EN

Gümrü bazasını gücləndirməsi məsələsi görüntü məqsədi daşıyır



"Rusiyanın Ermənistanın Gümrüdəki bazası əslində NATO üçün nəzərdə tutulub. Bu baza Sovet dövründən Türkiyənin NATO üzvü kimi qarşısında yaradılıb. Sonralar isə kiçik bir kontingent orda yaradılıb, hansı ki, bu, ətraf ölkələrin heç biri üçün təhlükə yaradacaq gücdə olmayıb. Təkcə Ermənistanda çevriliş edəcək səviyyədə olub".

Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov Rusiyanın Gümrüdəki hərbi bazaya əlavə qüvvə cəlb etməsini şərh edərkən səsləndirib. O deyib ki, hazırda həmin baza o gücdə də deyil:

"Rusiyanın indiki məqamda Gümrü bazasını gücləndirməsi məsələsi sadəcə görüntü məqsədi daşıyır. 3-5 əsgərlə Rusiya regionda istəsə belə ciddi hərbi dəyişiklik edə bilməz. Kreml bazanı gücləndirmək görüntüsü yaratmaqla region və Qərb ölkələrinə burdan kənar dayanın mesajı verir"..

Azər Qaasımov onu da deyib ki, NATO və ABŞ Gürcüstanla Ermənistanda hərbi təlimlər keçirməklə Rusiyanın həmlələrinin boş olduğunu göstərirlər:

"Hesab edirəm ki, Kreml indiki məqamda Gümrüyə üç-beş əsgər və silah yığmaqla ciddi şəkildə harasa hərbi müdaxilə haqqında fikirləşə bilməz. Rusiya hələ də köhnə stereotiplərlə yaşayır. Ukrayna müharibəsi öncəsi Rusiyanın "İskəndər" raketini Avropaya yaxın Kalininqrada yerləşdirilməsi söhbətləri ciddi qorxu yaradırdı. Ancaq hamı bunun belə olmadığını Ukrayna müharibəsindən gördü".

Süleyman
Chosen
11
1
newscenter.az

2Sources