EN

"Araz-Naxçıvan" və "Sabah"ın "pley-off"dakı rəqibi bilinəcək

Bu gün UEFA Konfrans Liqasının (KL) "pley-off" mərhələsinin püşkü atılacaq.

“İki sahil” xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 10:30-da başlayacaq.

“Sabah” və “Araz Naxçıvan” üçün “pley-off”da potensial rəqiblər

Püşkatma nəticəsində UEFA Konfrans Liqasında mübarizə aparan "Araz-Naxçıvan" və "Sabah"ın pley-offa yüksələcəyi təqdirdə rəqibləri bəlli olacaq.

Qeyd edək ki, təmsilçilərimizdən "Araz-Naxçıvan" Yunanıstanın "Omoniya", "Sabah" isə Bolqarıstanın "Levski Sofiya" klubu ilə üz-üzə gələcək.

Chosen
9
ikisahil.az

1Sources