sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Andros Taunsend "Kançanaburi" ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə Tailand klubunun rəsmi saytı məlumat yayıb.
34 yaşlı ingilislə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Taunsend karyerası ərzində "Tottenhem", "Nyukasl", "Kristal Pelas", "Everton" və digər komandalarda çıxış edib. İngiltərə millisinin sabiq üzvünün son klubu 2024-cü ilin yayında müqavilə bağladığı "Antalyaspor" olub. Yarımmüdafiəçi Türkiyə klubunun heyətində 23 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.