EN

ABŞ klubu Lionel Messinin son durumunu açıqlayıb

ain.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Liqa Kubokunun “Nekaksa” ilə oyununda zədələnən ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messinin durumu açıqlanıb.

AZƏRTAC Mayami təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı hücumçunun zədəsi ciddi deyil. 

Müayinənin nəticələri 38 yaşlı forvardın sağ ayağında yüngül əzələ zədəsi olduğunu təsdiqləyib. Ulduz futbolçunun bərpa prosesi onun kliniki vəziyyətindən və müalicəyə reaksiyasından asılı olacaq.

Qeyd edək ki, Lionel Messi "Nekaksa” ilə matçın 11-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Hücumçu bu mövsüm MLS-də 18 matçda 18 qol vurub və 10 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
5
yeniazerbaycan.com

6Sources