Paytaxtın bir sıra prospekt və küçələrində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Doğru.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda aşağıdakı ərazilərdə avtomobil sıxlığı qeydə alınıb:
1. Tbilisi prospektində, “20 Yanvar” metro stansiyasından şəhər mərkəzinə doğru olan hissədə;
2. Alı Mustafayev küçəsində, Ziya Bünyadov prospekti istiqamətində;
3. Ziya Bünyadov prospektində, Əhməd Rəcəbli küçəsi ilə Atatürk prospektinin kəsişməsinə qədər olan ərazidə;
4. Üzeyir Hacıbəyli küçəsində, Azadlıq prospektinə qədər olan hissədə.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
DOĞRU.AZ