EN

Bakının bəyanatı Zatulini qəzəbləndirdi: “Qəbul etməyəcəyik”

"Şəhərlərimizin "adının dəyişdirilməsi" məsələsi geniş yayılarsa, RusiyaAzərbaycandan gələn təyyarələri və qatarları qəbul etməyə bilər".

Olaylar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

O, Azərbaycan tərəfinin TASS-ın Xankəndinin adını "Stepanakert" kimi təqdim etməsinə reaksiyasına münasibət bildirib:

"Onların qərar verdiyi kimi, Rusiya şəhərlərinin adının dəyişdirilməsi baş verər, təyinat yeri olaraq həmin adlar yazılarsa, Azərbaycandan gələn qatarlar və təyyarələr qəbul edilməyəcək. Ümumiyyətlə, böyük tarixi köklərə malik bir dövlət olan Rusiyanın axmaq addımlar atmayacağı və Azərbaycanın qeyd etdiyi kimi, şəhərlərimizin adlarının dəyişdirilməsi kimi bir səhvə yol verilməyəcəyinə ümid edirəm".

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi TASS-ın sözügedən təxribat cəhdinə sərt reaksiya vermişdi. Bildirilmişdi ki, bu kimi hallar təkrarlanarsa, qarşılıqlı prinsipdən irəli gələrək, Azərbaycan tərəfi Rusiya ərazisində bir çox yaşayış yerlərini öz əzəli adları ilə qeyd edəcək. (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
5
2
olaylar.az

3Sources