EN

Saat 10:00 da işıq kəsiləcək Bu ərazilərdə

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 4 avqust tarixində 35 kV-luq "Göytəpə" hava xəttində təmir işləri aparılacaq.

Milli.Az xəbər verir ki, bununla əlaqədar olaraq saat 10:00-dan 11:30-dək rayonun Göytəpə şəhəri, Ağdaş, Axtaxana, Bəciravan, Darılıq, Fətullaqışlaq, Həziabad, Kazımabad, Maşlıq, Muğan, Privolnoye, Soyuqbulaq, Şıxlar kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri elektrik enerjisi ilə təmin olunacaq.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
40
news.milli.az

10Sources