Avqustun 3-ü saat 23 radələrində Yevlax şəhərində bir qrup şəxs arasında baş verən mübahisə ölümlə nəticələnib.
Referans “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, şəhər sakinləri – 2005-ci il təvəllüdlü Əli Mahmudov və 2006-cı il təvəllüdlü Həsən Məmmədov arasında yaranmış
münaqişəni sakitləşdirmək istəyən Ə.Mahmudovun əmisi 1988-ci il təvəllüdlü Zahid Mahmudov naməlum şəxs tərəfindən kürək
nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətdikdən sonra qaçan şübhəli 2009-cu il təvəllüdlü Rüzgar
Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.