EN

İsveçrə prezidentinin Trampla zəngi “fəlakətli” oldu

 İsveçrə prezidenti, Federal Maliyyə Departamentinin rəhbəri Karin Keller-Sutter və ABŞ lideri Donald Tramp arasında söhbət dəhşətli olub.

NOCOMMENT.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
İsveçrə ABŞ ilə ticarət danışıqlarının uğursuzluğuna görə günahkar axtarır. Nəşr qeyd edir ki, İsveçrə ABŞ-a 150 milyard dollar sərmayə qoymaq niyyəti müqabilində ABŞ-ın 10%-lik tarifinə razılıq verməyə hazır idi. Keller-Sutterin özü iyul ayında “[ABŞ Prezidenti Donald] Trampa giriş əldə etdiyini iddia etmişdi.

Lakin problemlərin əsl miqyası iyulun 31-də bəlli oldu. Məsələ ilə tanış olan bir neçə şəxsin sözlərinə görə, iyulun 31-i axşam saatlarında Keller-Satter Donald Trampla “fəlakətli” telefon danışığı aparıb.

Amerika lideri yalnız bir şeydən – Konfederasiya ilə ildə 39 milyard dollarlıq ticarət kəsirindən danışıb. Qəzetin həmsöhbətlərindən biri deyib: “Söhbət yaxşı olmadı, Tramp elə ilk dəqiqədən açıq şəkildə bildirdi ki, 10% kifayət deyil. Onun diqqəti yalnız İsveçrənin ABŞ-dan pul oğurlaması olub. Keller-Satterin deyəcək heç bir sözü yox idi”.

ABŞ avqustun 1-də ölkəyə 39% ixrac rüsumları tətbiq edəcəyini elan etdikdən sonra İsveçrə günahkar axtarmağa başlayıb.

Chosen
12
5
nocomment.az

2Sources