EN

Ötən həftə cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb

Avqustun 2-də və 3-də ölkə ərazisində qeydə alınan 97, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Operativ Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat verib. 

Bildirilib ki,  axtarışda olduğuna görə ümumilikdə 58, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb.

Chosen
122
49
operativmedia.az

10Sources