EN

Ötən həftənin xronikası: 747 yanğına çıxış oldu, 9 nəfərin meyiti tapıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
 
Bu barədə Moderator.az-a qurumun Mətbuat xidmətindən bildirilib.
 
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 747 yanğına çıxış, 49 halda köməksiz vəziyyətdə qalma, 4 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
 
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 9-u azyaşlı olmaqla 64 nəfər xilas edilib, 7-si azyaşlı olmaqla 41 nəfər təxliyə olunub, 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Chosen
60
33
moderator.az

10Sources