BAKI, TurkicWorld
Van şəhərində 3,3 bal gücündə zəlzələ qeydə alınıb.
TurkicWorld xəbər verir ki, bu barədə Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunundan məlumat verilib.
Məlumata görə, zəlzələ 4 avqust saat 07:59-da Van şəhərində baş verib. Yeraltı təkanın gücü 3,3 bal olaraq ölçülüb.
Hadisə bölgəsində hələlik can və mal itkisi ilə bağlı rəsmi açıqlama verilməyib. Yerli hakimiyyət orqanları və fövqəladə hallar xidmətləri vəziyyəti izləyir.