EN

Moskva işğal olunmuş ərazilərdə ukraynalıların evləini ruslara satır

Rusiya işğal olunmuş ərazilərdə keçmiş sakinlərdən mənzilləri kütləvi şəkildə müsadirə edir və onları ruslara verir, Kremlə bağlı tikinti şirkətləri isə Rusiyanın işğalı nəticəsində dağıdılmış evlərin yenidən qurulmasından qazanc əldə edirlər...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal yazıb.

"İşğal edilmiş ərazilərdə Rusiyanın dəstəklədiyi hakimiyyət minlərlə mənzili "sahibsiz" elan edib, bunun nəticəsində qaçan ukraynalılar geri qayıtmaqda, mülkiyyət hüquqlarını təsdiqləməkdə və ya kompensasiya almaqda maneələrlə üzləşiblər. Eyni zamanda, Rusiyadan yeni gələnlər bir sıra güzəştlərdən istifadə edirlər, məsələn, yeni evləri 2%-lik ipoteka ilə əldə edirlər", deyə nəşr qeyd edib.

Məqalədə vurğulanır ki, vaxtilə işğal olunmuş ərazilərdə yaşayan insanların etnik ruslarla əvəzlənməsi strategiyası Moskvanın dəfələrlə həyata keçirdiyi strategiyadır və ələ keçirilən Mariupol da istisna deyil. Kütləvi köçürmə və dağıntılar daşınmaz əmlak bazarını açıb. İşçilər dağıntıları təmizləyərkən, rieltorlar qaçan sakinlərdən ucuz qiymətə mülklər alıblar.

Yeni gələnlərdən biri, Sibirdən olan rus qadın deyib ki, o, şəhərdə kiçik təmirə ehtiyacı olan mənzil alıb və ərinin dəniz kənarında yaşamaq arzusunu həyata keçirərək pensiyasını orada keçirmək niyyətindədir. Hələlik o, onu indi Mariupolda yaşayan və işləyən moskvalı bir kirayəçiyə icarəyə verəcəyini bildirib.

Mariupolun keçmiş sakini Oleksandr Nosoçenko bildirib ki, rus hərbçi onun şəhər kənarındakı dənizkənarı daçasını ələ keçirib. Əsgərlik yaşında olan Nosoçenko kompensasiya almaq üçün özü Mariupola qayıda bilməyib və şəhərin rus blokadasından sağ çıxan həyat yoldaşı prinsipcə ora qayıtmaqdan imtina edib.

Bir vaxtlar Mariupolun unikal irsinə abidə olan "Saatlı ev" indi Rusiyanın şəhərin transformasiyasını xatırladır. Mariupolun yenidən qurulmasının baş planında "Saatlı evi"n bərpa tələb olunduğu kimi qeyd olunub. Lakin 2022-ci ildə ev sökülüb, tam fərqli planlı binaya yer ayrılıb.

Poliqon.info

Chosen
4
1
poliqon.info

2Sources