EN

Şuşada təmir işləri ilə bağlı tender ləğv edildi - SƏBƏB

"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" tərəfindən elan edilən tender ləğv edilib. 

Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi - LƏĞVƏ SÜRÜKLƏDİ
Təhsil müəssisəsinə maşın satmaq istəyən 3 şirkət tapılmadı - TENDER LƏĞVƏ GETDİ

FED.az xəbər verir ki, qurumun "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" PHŞ tabeliyində olan Yaradıcılıq Mərkəzinin cari təmir işlərinin satınalınması üzrə elan etdiyi tender prosedurunu ləğv edib.

Ləğv edilməyə səbəb kimi, satınalmada iştirak etmək üçün təklif və təklifin təminatını təqdim etmiş, eyni zamanda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Bu qərar, “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsaslanaraq qəbul edilib.

Tenderin ehtimal olunan qiyməti 110.082,08 manat təşkil edirdi. Müsabiqə 9 iyul 2025-ci il tarixində dərc edilmiş, təkliflərin son qəbulu və zərflərin açılışı isə 31 iyul 2025-ci il saat 15:00-da nəzərdə tutulmuşdu.

Chosen
2
fed.az

1Sources