BAKI, 4 avqust. TELEQRAF
Bakı şəhərinin Səbail rayonunda bir dam altında tikilən, iki ailənin yaşadığı ümumi sahəsi 120 m² olan birmərtəbəli evlərdən sahəsi 60 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və digər sahəsi 60 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.