EN

"Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibi bəlli olur - ÇL

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

"Football-plus.az" xəbər verir ki, mərasimdə “Qarabağ”ın da potensial rəqibi dəqiqləşəcək.

Ağdam təmsilçisinin “Şkendiya” ilə mübarizəsinin qalibi “Bude-Qlimt” (Norveç), “Seltik” (Şotlandiya) klubları və ya “Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka), “Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya) və “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsünə rəqib olacaq.

Püşkatma saat 14.00-da başlayacaq.

Qeyd edək ki, bu mərhələnin matçları 19-20 və 26-27 avqustda olacaq.

Chosen
44
4
football-plus.az

10Sources