EN

KİV: Cənubi Koreya Şimali Koreya ilə sərhəddən təbliğat səsgücləndiricilərini yığışdıracaq » AzadMedia.az


Koreya Respublikası Silahlı Qüvvələri avqustun 4-dən etibarən sərhəddə KXDR-ə qarşı təbliğat aparmaq üçün nəzərdə tutulan səsgücləndiriciləri yığışdırmağa başlayacaq.

Bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

Seul bu qərarın gərginliyi azaltmaq üçün tədbir kimi qəbul edildiyini bildirib.

İyunun 11-də Koreya Respublikasının yeni prezidenti Li Çje Myo sərhəddə bu avadanlıqdan yayımların dayandırılmasını əmr edib. İyulun 21-də Koreya Respublikasının Milli Kəşfiyyat Xidməti (MİX) ilk dəfə KXDR-də yayımlanan bir sıra radiostansiyaların fəaliyyətini dayandırıb.

Qeyd edək ki, iyunun əvvəlində vəzifəyə başlayan Li Çje Myo, sələfindən fərqli olaraq, Pxenyanla dialoqun tərəfdarıdır.
Chosen
13
6
azadmedia.az

7Sources