EN

Türkiyə onların görüşünə münasibət bildirdi

Ankara Rusiya lideri Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Volodimir Zelenski arasında Türkiyədə görüşün tezliklə baş tutacağını gözləyir, lakin konkret vaxt çərçivəsi yoxdur.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə hökuməti məlumat yayıb. 

"Konkret vaxt çərçivələri yoxdur, biz bunun tezliklə olacağını gözləyirik. Amma konkret tarixlər yoxdur", - məlumatda qeyd olunub. 

Daha əvvəl Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Putinlə Tramp arasında Türkiyədə görüş planlaşdırılmır. 

Chosen
69
29
unikal.az

10Sources