Bu gün İsveçrənin Nyon şəhərindəki UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Fanat.Az xəbər verir ki, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ" da qrupa vəsiqə uğrunda son potensial rəqibini tanıyacaq.
Tədbir saat 14:00-da baş tutacaq.
Qeyd edək ki, Çempionlar Yolunda yarışan Qurban Qurbanovun komandası 3-cü təsnifat mərhələsində Şimali Makedoniya "Şkendiya"sı ilə qarşılaşacaq. İlk görüş sabah - avqustun 5-də səfərdə, cavab oyunu bir həftə sonra Bakıda baş tutacaq.
Pley-offda üçüncü təsnifat mərhələsinin Çempionlar Yolunda mübarizə aparan altı qalibi ilə birlikdə daha dörd - ümumilikdə 10, Liqa Yolundan isə daha 4 komanda, ümumilikdə 14 iştirakçı yarışacaq.
Pley-off mərhələsinin ilk oyunları 19-20 avqust, cavab oyunları isə 26-27 avqust tarixlərində keçiriləcək.