EN

Bədii gimnastika üzrə Sumqayıt şəhər birinciliyi başa çatıb (FOTO)

Bakı. Trend:

3 avqust tarixində Sumqayıt Olimpiya İdman Kompleksindəkeçirilən açıq Sumqayıt şəhər birinciliyi uğurla başa çatıb.

Trend xəbərverir ki, yarışda Abşeron-Xızı regionunu təmsil edən Abşeron OİK,Sumqayıt OİK və “Ocaq Sport” Klubunun Xırdalan bölməsindənümumilikdə 30 gimnast iştirak edib.

Gimnastlar kiçiklər, balacalar, yeniyetmələr və gənclər yaşkateqoriyaları üzrə çoxnövçülük proqramında çıxış ediblər. Təsnifatmərhələsində fərqlənən idmançılar medal və diplomlamükafatlandırılıblar.

Kiçiklər yaş kateqoriyası üzrə:

2018-ci il təvəllüdlülər: I və II yerlər - Sumqayıt OİK, III yer- Abşeron OİK;
2019-cu il təvəllüdlülər: I, II və III yerlər - “Ocaq Sport”Klubunun Xırdalan bölməsi

Balacalar yaş kateqoriyası üzrə:

2015-2017-ci il təvəllüdlülər: I yer - Sumqayıt OİK, II yer-“Ocaq Sport” Klubunun Xırdalan bölməsi, III yer - Abşeron OİK

Yeniyetmələr yaş kateqoriyası üzrə:

2012-ci il təvəllüdlülər: I və II yerlər - Abşeron OİK, III yer- Sumqayıt OİK
2013-2014-cü il təvəllüdlülər: I və II yerlər - Abşeron OİK, IIIyer - Sumqayıt OİK

Gənclər yaş kateqoriyası üzrə:

2010-2011-ci il təvəllüdlülər: I yer - Abşeron OİK, II və IIIyerlər - Sumqayıt OİK

Yarış boyunca gimnastlar yüksək motivasiya və estetik çıxışlarıilə seçiliblər.

Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Chosen
12
3
az.trend.az

5Sources