EN

"İnstagram" və "TikTok"un məşhur funksiyası "YouTube"a da gəlir

"YouTube" məzmun istehsalçılarının videolarına digər hesabları əlavə edə biləcəyi “iş birliyi” funksiyasını test etməyə başlayıb.

Demokrat.az Valyuta.az-a istinadən xəbər verir ki, bu yenilik həm müəlliflər, həm də izləyicilər üçün qarşılıqlı paylaşım və əlaqə imkanlarını genişləndirməyi hədəfləyir.

Hal-hazırda məhdud sayda istifadəçi ilə sınaqdan keçirilən funksiyaya əsasən, videolarda bir neçə müəllifin adı eyni vaxtda görünə bilər. Mobil cihazlarda bu adlar “...və digərləri” şəklində göstəriləcək və həmin sahəyə klik edildikdə videoda iştirak edən bütün adlar, eləcə də hər biri üçün “abunə ol” düyməsi təqdim ediləcək.

Sistem "İnstagram" və "TikTok"da olduğu kimi işləyir: videonu yükləyən şəxs digər müəllifi dəvət edir və onun razılığı olmadan ad videoya əlavə olunmur. Bu yanaşma müəllif hüquqlarının qorunmasına yönəlib.

Chosen
2
1
demokrat.az

2Sources