Messi ABŞ, Meksika və Kanada komandalarının qatıldığı turnirdə zədələnib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, “İnter Mayami” ilə Meksikanın “Nekaxa” komandalarının oyununun 11-ci dəqiqəsində zədələnərək oyundan çıxarılıb.
"İnter Mayami"nin baş məşqçisi açıqlamasında deyib: "Ciddi bir şey yoxdur, sadəcə özünü rahat hiss etmirdi".
2023-cü ilin yayında "İnter Mayami"yə transfer olunan Messi 70 matçda 58 qol vurub, 27 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ