EN

Trampın qolf klubuna yaxınlaşan təyyarəyə görə ABŞ qırıcıları havaya qalxıb

ABŞ prezidenti Donald Trampın qaldığı Nyu-Cersi ştatının Bedminster şəhərindəki qolf meydançası üzərində mülki təyyarənin məhdudlaşdırılmış hava məkanına daxil olmasından sonra ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr havaya qaldırılıb.

“Report” xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının nümayəndələri məlumat verib.

Açıqlamaya görə, qırıcı təyyarələr Bedminster üzərində məhdudlaşdırılmış hava məkanını pozan mülki təyyarəni ələ keçirib.

Bundan əvvəl də ərazidə bir neçə oxşar qanun pozuntusu baş verib. ABŞ prezidenti Bedminster şəhərində qolf meydançasının sahibidir və tez-tez həftə sonlarını orada keçirir.

Chosen
7
report.az

1Sources