Bakı. Trend:
Yorrell Hato "Çelsi"nin futbolçusu olub.
Trend xəbər verir ki, Londonklubu 19 yaşlı müdafiəçinin "Ayaks"dan transfer olunduğunu rəsmənaçıqlayıb. Hato ilə 2032-ci ilə qədər müqavilə imzalanıb.
Mətbuatda yayılan məlumatlara görə, transfer "Çelsi"yə bonuslaristisna olmaqla 43,5 milyon avroya başa gəlib.
Qeyd edək ki, ötən mövsüm Hato Erediviziyada 31 oyun keçirib, 2qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.