Yəmən sahillərində azı 20 qeyri-qanuni miqrant həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, ölkənin cənubundakı Ebyen əyal sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq əlverişsiz hava şəraiti səbəbindən aşıb.
Dəhşətli qəzada onlarla insanın itkin düşdüyü bildirilir. Onların taleyi hələ də məlum deyil.
Sərnişinlərin əsasən efiopiyalı qeyri-qanuni miqrantlardan ibarət olduğu bildirilir./oxu.az