EN

HƏMAS BQXK ilə əməkdaşlığa hazırdır

HƏMAS hərəkatının hərbi qanadı, İzzəddin Qəssam Briqadası girovlara humanitar yardımın çatdırılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) istənilən müraciətinə cavab verməyə hazırdır.

Axar.az apa-ya istinadən xəbər verir ki, bu bəyanatla qruplaşma rəsmisi Əbu Ubeydə çıxış edib.

“İzzəddin Qəssam Briqadası BQXK-nın girovlara ərzaq və dərmanların çatdırılması ilə bağlı istənilən müraciətinə cavab verməyə hazırdır”, - bəyanatda bildirilir.

Chosen
72
4
axar.az

5Sources