EN

1994-cü ildə donmuş embriondan körpə dünyaya gəldi

ABŞ-də yaşayan Lindsey və Tim Pirs adlı cütlük illərlə sürən mübarizədən sonra arularına çatıblar.Metbuat.az xbər verir ki, ancaq bu doğuşda diqqət çəkən bir məqam var. Belə ki, körpə 11148 gün (təxminən 31 il) dondurulmuş vəziyyətdə saxlanılan embriondan dünyaya gəlib.

Embrion 1990-cı illərdə uşaq sahibi olmağa çalışan Linda Archerd və onun keçmiş əri tərəfindən dondurulmuş dörd embriondan biri olub. Müalicədən sonra bir qızı olan cütlük digər üç embrionu da dondurub. Cütlük boşandıqdan sonra qalan embrionların himayəsi Linda Arçerdə verilib. Embrion sahibi Linda Arçerdin indi 62 yaşı var, 30 yaşlı qızı var və özü də 10 yaşlı uşaq anasıdır.

Chosen
40
8
metbuat.az

10Sources